Almaniya federal hökumətinin qənaət planları çərçivəsində sərmayə qoyulmayan alman ordusu hərəkət qabiliyyətini itirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ordunun arsenalında olan tank, helikopter və təyyarələrinin yalnız 38 faizi saz vəziyyətdədir.
1997-ci ildən 2017-ci ilə qədər orduya təhvil verilən tank, helikopter və təyyarələrin yalnız 38 faizinun durumu barədə müsbət söz demək olar.
Sosial Demokrat Partiyasının rəsmisi Mattias Hönün sorğusunu cavablandıran dövlət katibi Peter Tauber bildirib ki, əsas hədəf alman ordusunda olan texnikanın 70 faizinin işlək vəziyyətinə nail olmaqdır.
Xəbərə görə, orduda ən çox sıxıntı yaradan A400 nəqliyyat təyyarəsi və Puma personal daşıyan texnikadır. 2017-ci ildə orduya təhvil verilmiş 8 nəqliyyat təyyarəsindən yalnız 4-ü istifadəyə yararlı vəziyyətdədir. Bu vəziyyət “Tiger” hücum vertolyotları üçün də keçərlidir. 7 ədəd “NH90” helikopterlərdən hazırda 3-ü işlək haldadır.
Dövlət katibi Peter Tauber bildirib ki, yeni satın alınaraq orduya verilən silahların işlək vəziyyətdə olmaması qalmaqallı hadisədir və bu işin məsuliyyəti müdafiə naziri Ursula von der Lyenin üzərindədir:
“Xalqın ödədiyi vergilər hesabına alınan silahlar işləmir. Nazir xalqın pullarını müdafiə sənayesinə peşkəş kimi görür”.