6 Noyabr 2018 00:15
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Yəməndə qorunması mümkün olan xəstəliklərə görə hər 10 dəqiqədə 1 uşağın öldüyünü bildirib.

Teleqraf.com xəbər verir ki, UNICEF-in Orta Şərq və Şimali Afrika direktoru Hayrat Kalabarinin sözlərinə görə, normal olmayan qidalanma səbəbi ilə hər il 5 yaşdan aşağı 30 min uşaq həyatını itirir.

Hazırda 1,8 milyon uşaqdan 400 minin həyatı yaxşı bəslənə bilmədiyi üçün risk altındadır. Bu uşaqların yüzdə 40-i isə Hudeyde şəhərindədir.

BMT-nin məlumatına görə, sağlıq və qida xidmətlərinin çökməsi nəticəsində başda uşaqlar olmaqla əhali epidemiya xəstəliklərindən əziyyət çəkir, bölgədə böyük bir insanlıq dramı yaşanır.


Müəllif: Aytən

Oxşar xəbərlər