Mən yalan danışa bilmərəm, sanksiyalar öz təsirini göstərməyə başlayır.
Teleqraf.com xəbər verir ki, bunu İranın I vitse-prezidenti İshaq Cahangiri deyib.
Cahangiri bildirib ki, İran hökuməti ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirlərini minimuma endirməyə çalışır: “Hesab edirəm ki, hökumət bu həyati məsələdə xalqa sədaqətli olmalı, səmimi şəkildə hər şeyi danışmalıdır”.
Qeyd edək ki, noyabrın 5-dən etibarən ABŞ İrana qarşı sanksiyaların tətbiqinə başlayıb.