Braziliya polisi korrupsiyaya qarşı mübarizə çərçivəsində 10 deputat və 1 dövlət şirkətinin rəhbəri də daxil olmaqla 22 nəfəri həbs edib.
Teleqraf.com xəbər verir ki, polis həbs edilən sabiq vali Serxio Cabralın yol verdiyi korrupsiya cinayətində iştirak edən şəxslərə qarşı əməliyyat keçirib.
Məlumata görə, əməliyyat çərçivəsində 40 ünvana basqın edilib. Hazırkı parlament sədri Leanardo Silva Jakob və məclisə yeni seçilən deputat Vincius Farahın da polis tərəfindən axtarıldığı bildirilir.
Sabiq vali Serxio Cabralın tərəfindən idarə olunan cinayətkar şəbəkə dövlət məmurlarına aylıq rüşvət verirmiş.
Vəkil Renat Riberio deyib ki, rüşvət aylıq 5-240 min dollar arasında olub.
Cinayətkar şəbəkənin 14,5 milyon dollardan çox korrupsiya gəlirləri əldə etdiyi təxmin edilir.