9 Noyabr 2018 16:04
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın 10 il əvvəl roman yazdığı üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, kitab “Dünyanın o biri üzü” adlanır.

Paşinyan kitabı 2008-2009-cu illərdə “Haykakan Jamanak”da jurnalist işlədiyi dönəmlərdə yazıb.

İrəvanın kitab mağazalarında özünə ən çox alıcı tapan roman haqda müəllifin fikri belədir:

“Əcnəbi bir nəşriyyatın nümayəndəsi mənə müraciət etdi. Onun peşəkarlığından bir az şübhələnirdim, lakin mənə dedi ki, romanı nəzərdən keçirib çap etmək niyyətindədir və bunun üçün məndən vaxt istədi.

10 il əvvəl yazdıqlarımı oxuduqdan sonra ruhumda fırtına baş qaldırdı və kitabın çapına razılıq verdim”.

Paşinyan nəşriyyatın xahişi ilə qəzetdə işlədiyi illərdə yazdığı məqalələri romana çevirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər