11 Noyabr 2018 19:56
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman ordusunda nasizm şəbəkəsi ifşa edilib.

Teleqraf.com bildirir ki, bu qalmaqallı informasiyanı Almaniyanın “Fokus” xəbər portalı yayıb.

Portal Alman Asayiş Təşkilatının (BKA) hesabatına istinad edərək qeyd edib ki, orduda neo-nasizm şəbəkəsi ifşa edilib.

BKA ötən il Vyana hava limanının tualetində silah saxladığına görə həbs edilən çavuş Frankı ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq radikal şəbəkənin mövcudluğunu müəyyən edib.

İngilis mediasına görə, 200 nəfərlik qrup Almaniyanın sabiq prezidentinə, Yaşıllar Partiyasının liderinə və ölkənin hazırkı daxili işlər naziri Maasa sui-qəsd planlayırmış.

Şəbəkədə xüsusi qüvvələrin zabitləri də təmsil olunub. Çat əlaqələri, qarşılıqlı görüşlər və şahid ifadələrindən bəlli olub ki, şəbəkə silah və yanacaq ehtiyatı görürmüş.

Radikal qrupun qətl siyahısı tərtib etdiyi, siyahıda Almaniya Sosialist Partiyasının Federal Məclisdəki qrup rəhbəri Dietmar Bartçın adının olduğu da bildirilir.

O da qeyd edilir ki, BKA-nın araşdırmanı dərinləşdirmək məqsədilə Köln prokurorluğunda qaldırdığı işə Almaniyanın hərbi xidməti MAD-ın üzvü olan 42 yaşlı polkovnik maneə olub.


Müəllif: Cavad

Oxşar xəbərlər