Britaniya hökuməti Avropa İttifaqı ilə "Brexit"in şərtləri barədə saziş layihəsini təsdiq edib.
Bunu Krallığın baş naziri Tereza Mey deyib.
"Qərar asanlıqla qəbul olunmadı, lakin hökumət bəyanat layihəsi və siyasi bəyannaməni dəstəkləməyə qərar verdi", - deyə o bildirib.
Bundan əvvəl Böyük Britaniya hökuməti "Brexit" üzrə müqavilənin mətnini razılaşdırıb.