25 Avqust 2014 11:30
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Ancelesdə "MTV" musiqi mükafatının təqdimetmə mərasimindən qabaq Los-Anceles klublarından birində keçirilən "MTV" şənliyi isə atışma ilə yadda qalıb.

Naməlum şəxs tərəfindən məşhur reper Kris Brauna sui-qəsd cəhdi nəticəsində reperə heç nə olmasa da, 3 nəfər güllə yarası alıb.

Yaralılar arasında rep musiqi sahəsində ən məşhur prodüserlərdən biri Şuq Nayt da var.

Polis Kris Brauna sui-qəsd cəhdinin arxasında kimin dayandığını araşdırır.

/anspress/


Müəllif: