16 Noyabr 2018 10:00
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada 2018-ci ilin yanvarın 1-dən oktyabrın 31-dək deportasiya olunan və dünyanın müxtəlif yerindən yaşama icazəsi alan azərbaycanlıların sayı məlum olub.

"Report”un Almaniya bürosunun sorğusuna cavab olaraq bu ölkənin Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsindən verilən məlumata görə, qeyd olunan müddət ərzində 1449 nəfər azərbaycanlı ölkədən deportasiya olunub.

Bundan başqa bu müddət ərzində dünyanın müxtəlif yerindən 1997 azərbaycanlı Almaniyada yaşamaq icazəsi üçün müraciət edib ki, bu da 2016-cı il ilə müqayisədə 2 dəfə azdır. Müraciət edənlərdən 1526 nəfər ilk dəfə, qalanları isə təkrar müraciət edənlərdir. Müraciət edənlərdən yalnız 179 azərbaycanlıya müvəqqəti yaşama üçün icazə verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər