İsrail Baş nazir Binyamin Netanyahunun HƏMAS-la qeyri-rəsmi atəşkəs anlaşması əldə etməsi terrora təslimdir.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman deyib.
Onun sözlərinə görə, atəşkəs elan etmək yerinə, Qəzzaya hava zərbələri endirmək lazımdır.
Qeyd edək ki, Liberman İsrail hökumətinin HƏMAS-la (Fələstin) anlaşmasına etiraz olaraq müdafiə naziri postundan istefa verib.