İki il əvvəl oğurlanmış amerikalı reportyor, 45 yaşlı Piter Teo Körtis azad olunub.
Teleqraf.com Milli.Az-a istinadən bildirir ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Suriyadakı rəqibi olan "Cəbhat ən Nüsra" qruplaşması amerikalı jurnalisti iki ildən bəri əsir saxlayırdı. Jurnalisti islamçılar 2012-ci ilin oktyabrında Türkiyənin Antakya şəhərində, Körtis Suriyaya yollanmağa hazırlananda qaçırmışdılar.
Piter Teo Körtis videomüraciətində deyib: "Əslən Bostondan olan peşəkar jurnalistəm. Burada lazım olan hər şeyi, paltar və yeməyi vaxtında alırdım".
Körtis Qətərdən olan vasitəçilərin yardımı ilə azad olunub, sonra isə Holan təpələrindəki əl Rəfidə şəhərində BMT nümayəndələrinə təhvil verilib.