20 Noyabr 2018 16:25
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində hökm sürən sakitlik Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə əldə edilən razılaşmanın nəticəsidir. Bu, ölkələr arasında operativ əlaqənin nəticəsi deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “operativ rabitə” anlayışı düzgün interpretasiya edilməyib: “İnsanlar hər gün İlham Əliyevlə söhbət etdiyimizi düşünürlər. Bu, belə deyil. Sadəcə olaraq, operativ əlaqə mövcuddur və zərurət yarandıqda tərəflər ondan yararlanırlar”.

Paşinyan Azərbaycan və Ermənistan arasında gedən danışıqlar barədə indiyə qədər məhdud sayda insanların məlumatlandırıldığını bildirib: “Bu strategiyaya yenidən baxılmalıdır, cəmiyyət danışıqlar prosesi barədə məlumatlandırılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu