21 Noyabr 2018 22:25
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Corc Soros dövlətləri dağıtmaqla məşğuldur".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Soros Fondunun rəhbəri Corc Sorosu Türkiyədə 2013-cü ildə keçirilmiş etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edib: “Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros. Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında ədavət salmağa, dövlətləri dağıtmağa sərf edir”.

Xatırladaq ki, 2013-cü ilin yayında İstanbulun Taksim meydanı yaxınlığındakı Gəzi parkında ağacların kəsilərək yerində ticarət mərkəzinin tikilməsinə etiraz olaraq aksiyalar keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər