ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiqi barədə Konqres üzvlərinin təkliflərinə baxmağa hazırdır.
Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo məlumat verib.
Onun sözlərinə görə, söhbət müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının qətlinə görə Ər-Riyada qarşı ABŞ-ın mümkün sanksiyalarından gedir.
Mayk Pompeo bildirib ki, Donald Tramp artıq kifayət qədər tədbir görüldüyünü düşünür.
Dövlət katibi vurğulayıb ki, ABŞ insan hüquqlarını müdafiə etməyə həmişə hazırdır.