Ermənistan Prezidenti Armen Sərkisyan Viktor Biyaqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndə postuna təyin edib.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Sərkisyan sərəncam imzalayıb.
Biyaqovun KTMT-yə təyinatının Paşinyan tərəfindən təklif edildiyi bildirilir.
Sərkisyanın digər sərəncamı ilə David Virabyan Ermənistanın KTMT-dəki daimi nümayəndəsi postundan geri çağırılıb.
Qeyd edək ki,V.Biyaqov əvvəllər parlamentin xarici əlaqələr şöbəsinə rəhbərlik edirdi.