"Rusiya prezidenti Vladimir Putinin Krıma səfəri beynəlxalq hüququn kobudcasına pozulmasıdır".
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Putinin Krıma səfərinə münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, Krımda Dövlət Şurasının iclası keçirilib.
Xatırladaq ki, 2014-cü ilin martın 16-da Krımda referendum keçirilib. Səsverməyə qatılanların 96%-i Rusiyaya birləşməyin lehinə səs veriblər.
Ukrayna hökuməti bu səsverməni qanunsuz hesab edir.