ABŞ İtaliya Almaniya və Yaponiya da daxil olmaqla, öz müttəfiqlərindən Çinin “Huawei” şirkətinin məhsullarından, xüsusən də mobil cihazlarından istifadə etməməyi məsləhət görüb.
Teleqraf.com xəbər verir ki, buna başlıca səbəb kimi Çin şirkətinin məhsullarında kibertəhlükəsizlik riskinin olması göstərilir. “Huawei” şirkətinin isə ABŞ-ın atdığı bu addımdan təəccübləndiyi bildirilir.