ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla isə görüş planlaşdırılmır.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
O bildirib ki, ABŞ liderinin planlarında Argentinada keçiriləcək G-20 zirvə toplantısında vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüş məsələsi yoxdur.
Qeyd edək ki, G-20 zirvə toplantısı bu həftənin sonunda başlayacaq.