ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyan foto-arxivini açıb.
Teleqraf.com xəbər verir ki, 38 yaşlı model İnstaqram hesabında ağ gecə paltarında fotolarını paylaşıb.
Fotoların Londonda qala gecəsində çəkildiyini bildirən Kardaşyan qeyd edib: “Bu şəkilləri telefonumda tapmışam”.
Qeyd edək ki, o, bir neçə gün əvvəl ABŞ-da qbir televiziya proqramında özü ilə bağlı bir sıra sirləri açmışdı. Kardaşyan narkotik maddələrdən istifadə etdiyini bildirmişdi.
Model yaxın vaxtlarda pop müğənnisi Şerlin Sərkisyanla (Şer) Ermənistana gəlməyi planlaşdırır.
Səfərə xeyli vaxt qalmış Ermənistan KİV modelin və sənətçinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də gələcəklərini iddia edir.
Kardaşyanın İnstaqram-da paylaşdığı fotoları təqdim edirik: