Kreml Rusiya və ABŞ prezidentlərinin “G-7” zirvəsi çərçivəsində planlaşdırılan görüşü haqda açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, rəsmi açıqlamada dövlət başçılarının görüşünün təxirə salınmadığı və hər iki tərəfin buna razı olduğu bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında Azov dənizindəki silahlı qarşıdurmaya görə, rusiyalı həmkarı Vladimir Putinlə “G20” zirvəsi çərçivəsində ehtimal edilən görüşdən imtina etdiyini bildirmişdi.