26 Avqust 2014 08:37
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 26-na keçən gecə İsrail aviasiyası Qəzza zolağında yerləşən ən hündür binalardan birini dağıdıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, binada onlarla mənzil, ticarət və ofis sahələri olub.


Məlumata görə, zərbələr nəticəsində ölən yoxdur – İsrail tərəfi hücumdan əvvəl sakinləri binaya zərbələrin endiriləcəyi barədə xəbərdar edib. Əhali arasında “İtaliya mərkəzi” adlandırılan bu 15 mərtəbəli bina Qəzza şəhərinin şimal-qərbində yerləşir. Yerli mətbuat hava hücumu nəticəsində azı 20 nəfərin yaralandığını qeyd edir.



Qeyd edək ki, ötən həftə İsrail ordusu Qəzzada 12 mərtəbəli yaşayış binasını, Rəfahda isə 7 mərtəbəli ticarət mərkəzini bombardman edib. İsrail tərəfi hər iki obyektin silahlılar tərəfindən istifadə edildiyini idd


Müəllif:

Oxşar xəbərlər