2 Dekabr 2018 21:13
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Berkşir bölgəsindəki hərbi hissənin önündə özünü şübhəli aparan rus jurnalistin görüntüləri ölkədə narahatlığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, "Mail on Sunday" qəzetində yer alan məlumata görə, Timur Siraziev adlı jurnalistin hərbi bazanın önündəki görüntülərilə bağlı Müdafiə Nazirliyi də açıqlama yayıb.

Nazir Gavin Villiamson xalqı hərbi hissələr yaxınlığındakı şübhəli görüntülərə qarşı diqqətli olmağa çağırıb.

Qeyd edək ki, İngiltərə-Rusiya münasibətləri agent Sergey Skripal və qızı Yuliyanın Salisburidə zəhərlənməsindən sonra pozulub.

Hadisədən sonra Rusiyanın 100-dən çox diplomatı Qərb dövlətlərindən deportasiya edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər