Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Türkiyəyə əməkdaşlıq təklif edib.
Teleqraf.com xəbər verir ki, o, Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazır olduqlarını bəyan edib.
“Biz Türkiyə ilə birbaşa əlaqələr qurmağa hazırıq. Amma Türkiyə münasibətlərdə Dağlıq Qarabağ faktorunu əsas götürür.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında sərhədlər 1992-ci ildən bağlıdır.