Dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsi ilə əlaqədar Nikol Paşinyana dünyanın müxtəlif dövlət rəhbərləri təbrik ünvanlansa da, Rusiya Prezidenti Vladimir Putinin hələ də susması müzakirələrə səbəb olub.
Teleqraf.com-un məlumatına görə, Ermənistan mətbuatı Rusiya prezidentinin həmişə Ermənistan rəhbərliyini birinci təbrik etməsinə diqqət çəkərək Vladimir Putinin budəfəki susqunluğuna təəccüblə yanaşıb.
Nə Putin, nə də baş nazir Dmitri Medvedyev Paşinyana təbrik məktubu göndərib.
Qeyd edək ki, bu gün Almaniya Kansleri Angela Merkel, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, eləcə də ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino Nikol Paşinyana təbrik məktubu yollayıb.