19 Dekabr 2018 00:30
1 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Rusiya üzrə mütəxəssis kimi tanınır.

Teleqraf.com-un xəbərinə görə, Makfolun ABŞ-da nüfuzlu və ən oxunaqlı nəşrlərdən olan "Washington Post" qəzetində dərc etdirdiyi məqalə də elə Rusiya Prezidenti Vladimir Putinin strategiyasına həsr olunub. Müəllifin fikrincə, Rusiyanın dirçəldilməsi və onun əvvəlki qüdrətinin bərpası strategiyası qorxuncdur.

Müəllif qeyd edir ki, Putin əsaslı surətdə özünün güclü insan obrazını yaratdı, öz iradəsi və hakimiyyətinin gücü ilə təkbaşına Rusiyanı dirçəltdi və onu qüdrətli dövlətə çevirə bildi: "Ancaq təəssüf ki, bu, tez-tez Putinin qanunsuz, amoral, amansız addımlarına səbəb olur. Putin öz "marionetləri" ilə Ukrayna ərazisini işğal etdi, kinli diktator Əsədlə sövdələşməyə gedib Suriyada yüz minlərlə insanı qətlə yetirdi, 2016-ci il prezident seçkiləri zamanı ABŞ-ın suverenliyini pozdu, NATO ölkəsində Rusiya kəşfiyyatının zabitini öldürməyə cəhd etdi. Az öncə isə o, beynəlxalq sularda Ukrayna gəmilərinə hücum etməyi əmr etdi, onlarla Ukrayna dənizçisini oğurlatdı. Lakin əlbəttə, Putin və onun ölkə daxilindəki, eləcə də xaricdəki pərəstişkarlarının fikrincə, məqsəd həmişə vasitəyə haqq qazandırır. Və onların süjet xəttinə görə, məqsəd SSRİ-nin qüdrətini Rusiyanın timsalında bərpa etməkdir".

Lakin məqalə müəllifi hesab edir ki, Putin bir neçə taktiki qələbə qazansa da, Rusiyanın qüdrətli dövlətə çevrildiyi barədə fikirlər vaxtından əvvəl gəlinən qənaətdir. Makfol hesab edir ki, bu qələbələr uzunmüddətli izolyasiyaya səbəb olub ki, bu da perspektivdə beynəlxalq arenada Rusiyanın mövqeyini zəiflədəcək.


Müəllif: Nahid

Oxşar xəbərlər