29 Dekabr 2018 15:02
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu saatlarda Moskvada Rusiya və Türkiyə rəsmiləri arasında gərgin müzakirələr başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akar Moskvaya səfər edib.

Məlumata görə, iki ölkənin nazirləri arasında baş tutan görüşdə Suriyada baş verən son proseslər müzakirə olunur.

Bəzi siyasi təhlilçilər hesab edirlər ki, Moskvadakı müzakirələrdə Türkiyənin Fəratın şərq hissəsində əməliyyat keçirməsi mövzusu da çözüləcək, rəsmi Ankara Suriyada keçirmək istədiyi hərbi əməliyyatlarla əlaqədar Moskvanın razılığını almağa çalışacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər