11 Yanvar 2019 20:00
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Suriyadakı silahlı qüvvələrinin nümayəndəsi polkovnik Sean Ryan bildirib.

O qeyd edib ki, təhlükəsizlik səbəbindən ordunun nə vaxt ölkədən çıxacağı ilə bağlı detallar açıqlanmayacaq.

ABŞ Müdafiə Nazirliyindən bildirilib ki, silahlı qüvvələrin bir qisminin çıxarılmasına artıq başlanılıb.

CNN telekanlının verdiyi məlumata görə, Suriyadan ilkin mərhələdə hərbi aviasiya və donanma çıxarılacaq.


Müəllif: Teleqraf.com