14 Yanvar 2019 21:30
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən terror hücumu nəticəsində 4 nəfər ölüb, 10-u uşaq olmaqla, 44 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Danış “Facebook”dakı səhifəsində yazıb.

Bundan əvvəl paytaxtın hava limanı yaxınlığında yerləşən, əsasən əcnəbilərin yaşadığı və güclü mühafizə olunan “Green Village” kompleksi yaxınlığında axşam saatlarında partlayıcı maddə ilə dolu avtomobilin partladıldığı bildirilmişdi.


Müəllif: Teleqraf.com