15 Yanvar 2019 17:43
2 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyan “Hollivud “ulduz”u olan bir aktrisanın ona sevişmək təklif etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə qatıldığı televiziya proqramlarından birində danışıb.

Aparıcının “Heç qadın sevgiliniz olubmu” sualına Kim Kardaşyanın cavabı belə olub:

“Adını çəkməyəcəyəm. Siz də təkid etməyin. Sadəcə olaraq, bu haqda onu deyə bilərəm ki, Hollivudun məşhur simalarından olan bir aktrisa ilə söhbətimdə məndən xoşu gəldiyini və mənimlə məmnuniyyətlə sevişmək istədiyini dedi. Bu, məni təəccübləndirmədi. Çünki onun lezbian olduğunu bilirdim”.

Aparıcının aktrisanın təklifini qəbul edib-etmədiyi haqda sualına Kardaşyan “Yox” cavabını verib.


Müəllif: Mənsur Rəğbətoğlu