23 Yanvar 2019 14:47
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə filmlərə ssenari ola biləcək bank soyğunçuluğu həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, hadisə dünyanın məşhur prospekti sayılan Champs-Elyees küçəsində baş verib.

Oğrular Fransanın Prezident sarayı yaxınlığında yerləşən Milleis bankından 30 kassanı soyaraq yoxa çıxıblar.

Səhər əməkdaşlar banka gələn zaman qapının girəcəyində “Bağlıdır” lövhəsini görüblər.

Növbədə qalan işçilər isə əlləri bağlı vəziyyətdə idi. Dörd oğru tərəfindən soyulan bankın əməkdaşları yalnız günortadan sonra polisə xəbər verə biliblər.

Qeybə çəkilən oğruları Paris polisi hələ də axtarır.

Məlumata görə, oğrular bankı soyan zaman bank əməkdaşlarından iki nəfəri yüngül xəsarət alıb.


Müəllif: Cavad