23 Yanvar 2019 18:16
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, yaxın saatlarda onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.

Qeyd edək ki, ölkə liderləri görüş zamanı ikitərəfli münasibətləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Bir günlük səfər çərçivəsində həmçinin digər beynəlxalq və regional məsələlər müzakirə olunacaq.


Müəllif: Teleqraf.com