24 Yanvar 2019 09:01
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın dövlət başçısı Nikolas Maduroya zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Maduro xalqa müraciətində danışıb:

"Türkiyə prezidenti mənimlə telefon əlaqəsi saxladı. Türkiyə xalqı Venesuela xalqının yanınadadır".

Türkiyə Prezidentinin sözçücü İbrahim Kalın xəbəri təsdiqləyib: "Prezidentimiz Venesuelanın dövlət başçısı Nikolas Maduroya zəng vuraraq "Maduro, qardaşım! Dik dayan, yanındayıq" deyə bildirib".

Qeyd edək ki, Venesuelanın bir neçə şəhərində prezident Nikolas Maduroya qarşı müxalifətin təşkil etdiyi etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı etirazçılarla polis və Milli Qvardiya əməkdaşları arasında toqquşmalar baş verir.

Bu arada ABŞ Prezidenti Donald Tramp yazılı açıqlama verərək Venesualadakı son vəziyyəti dəyərləndərib. O, hazırkı prezidentə qarşı çıxış edən müxalifət lideri Xuan Quaidoya dəstəyini ifadə edib. Tramp Qərb ölkələrini Quaidonu tanımağa çağırıb.

Bundan sonra Niklos Maduro ABŞ-la bütün əlaqələri kəsdiyini bəyan edib.


Müəllif: Teleqraf.com