Ukrayna prezidenti Petro Poroşenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasiminə Krım üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cəmilovu göndərib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Krım Məclisinin rəhbəri Refat Çubarov sosial şəbəkədəki səhifəsində bildirib. O, Cəmilovun Ərdoğanın inauqurasiya mərasiminə qatıldığını da vurğulayıb.
Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynaya soxulması səbəbindən prezident Poroşenko Türki prezidenti Ərdoğanın and içmə mərasiminə qatıla bilməyib. O, Türkiyəyə səfərini təxirə salıb.
Nihad