2 Fevral 2019 18:30
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika ölkəsi olan Nigeriyada heyvanlardan insanlara keçən “Lassa malyariyası” epidemiyasından 42 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, Nigeriya Səhiyyə Mərkəzindən verilən açıqlamaya görə, ölkənin 16 bölgəsində 538 hadisə qeydə alınıb.

Siçan nəcisindən yoluxan xəstəlik insandan insana keçə bilir və ölümcül qızdırmaya gətirib çıxarır.

Ölkə rəhbərliyi və səlahiyyətli şəxslər əhalini təmizliklə bağlı diqqətli olmağa, gəmirici heyvanlarla təmasdan yayınmağa çağırıb.


Müəllif: Aytən

Oxşar xəbərlər