2 Fevral 2019 17:27
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko 2018-ci il ərzində 16 milyon qrivendən çox (təxminən 600 min dollar) pul qazanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentliyə namizədin vahid reyestrə daxil edilmiş gəlir bəyannaməsində bildirilib.

Bunlardan 336 min qriven (12,2 min dollar) onun əmək haqqı, 15 milyon 795 min qriven (573,6 min dollar) Beynəlxalq İnvestisiya Bankında yerləşdirilən əmanətlərdən alınan faizdir. Digər 172 min qriveni (6,2 min dollar) Poroşenkonun əmlak satışından aldığı gəlirlər təşkil edib.

Ukrayna Prezidentinin Beynəlxalq İnvestisiya Bankındakı əmanət hesablarında ümumilikdə 25,49 milyon dollar pulu var.

P.Poroşenko, həmçinin, daşınmaz əmlaka sahibdir: onun Kiyev vilayətinin Kozin bölgəsində 1331,7 kvadrat metrlik evi, Kiyevdə 3 torpaq sahəsi və 2 evi, Vinnitsa şəhərində bir mənzili və Odessada qeyri-yaşayış binaları olan bir evi var.

Gəlir bəyannaməsində P.Poroşenkonun “Mercedes-Benz Vito 116 CDI”, həyat yoldaşının isə “Jaguar XF 4/2 Lv8” markalı avtomobilə sahib olduğu əksini tapıb.

Qeyd edək ki, P.Poroşenko bu həftə ikinci dövr üçün prezidentliyə namizəd olacağını açıqlayıb. Seçkilər martın 31-nə təyin edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər