Məhkum həbsxana tavanındakı havalandırma sisteminin boruları ilə qaçmağı qərarlaşdırıb.
Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın İndiana ştatının Jakson bölgəsinin həbsxanasında baş verib.
28 yaşındakı məhbus Blaze Ayers saxlanıldığı otaqda yerdəyişmə zamanı polislərin boşluğundan istifadə edərək başqa otağa daxil olub və qapını arxadan bağlayıb.
Polislərin xəbərdarlığına baxmayaraq qapını açmayan Ayers tavandakı havalandırma sisteminə girərək borular vasitəsilə qaçmağa çalışıb.
Bir müddət sonra həbsxanadakı polis otağının tavanından nəyinsə düşdüyü hiss edilib. Ağırlığa gücü çatmayan tavanın çökməsi nəticəsində məhkum yerə çırpılıb.