“Amerikaya ölüm” şüarı prezident Donald Tramp, onun milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibi Mayk Pompeo kimi siyasətçilərə yönəlib. Bu şüarın sadə amerikalılara heç bir aidiyyəti yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Ayətullah Əli Xamenei deyib.
İran Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə görüşdə çıxış edən Ayətullah Xamenei ABŞ rəhbərliyini hakimiyyətdən getməyə çağırıb: “Amerikaya ölüm ifadəsi hazırda hakimiyyətdə olan Tramp, Bolton və Pompeoya ünvanlanır. Yəni rədd olsun bu Amerika rəhbərləri!
ABŞ üçün şər siyasət mövcud olduğu müddətdə bu şüarımız aktual olacaq. Vaxtilə “Amerikaya ölüm” şüarı monarxizm əleyhinə hərəkat iştirakçılarının əsas şüarlarından biri idi”.