Suriyanın Deyrizor vilayətində İŞİD-in nəzarət etdiyi sonuncu ərazilərə hücumlar başlayıb.
Teleqraf.com xəbər verir ki, İŞİD-in Suriyadan tamamilə silinməsindən sonra ABŞ Prezidenti Donald Trampın hərbçilərin Suriyadan çıxarılması təqviminə dair açıqlama verib-verməyəcəyi əsas müzakirə mövzusudur.
Məlumata görə, YPG liderliyində SDG ABŞ-ın dəstəyi ilə gecə saatlarında İŞİD-in nəzarətində olan sonuncu nöqtəyə qarşı əməliyyata başlayıb.
Fransa mediası xəbər verir ki, İŞİD-ə qarşı əməliyyatların başlamasından əvvəl 20 min mülki əhali bölgədən təxliyə edilib.
SDG-nın sözçüsü Mustafa Bali deyib ki, İŞİD-in olduğu Baguz bölgəsində 4 kilometrlik ərazidə təxminən 600 terrorçunun olduğu güman edilir.
Anadolu Agentliyi isə yerli qaynaqlara əsaslanaraq bildirir ki, Baguz uğrunda başlanan silahlı atışma zamanı 20 YPG-çi öldürülüb. İŞİD-ə qarşı hücumların həyata keçirildiyi ərazidə 1500-ə qədər mülki insan olsa da, onların ərazini tərk etməsinə icazə verilməyib.