Moskvada Vladimir Leninin mavzoleyi bağlanır.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.
Fevralın 18-dən aprelin 16-dək nəzərdə tutulan profilaktik işlərlə əlaqədar Leninin mavzoleyi ziyarətçilərə bağlı olacaq.
Mavzoley sonuncu dəfə 2017-ci ildə profilaktik xidmət üçün bağlanıb.