29 Avqust 2014 15:11
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində aprelin ortalarından hərbi əməliyyatlar nəticəsində 2593 nəfər öldürülüb.

Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin köməkçisi İvan Şimonoviç Ukraynada insan hüquqlarına dair məlumatı təqdim edərkən bildirib.

Şimonoviçin sözlərinə görə, avqustda Ukraynanın şərqində hərbi əməliyyatlar daha intensiv olub və nəticədə insan itkilərinin sayı xeyli artıb: "Bu rəsmi məlumatdı, qeyri-rəsmi məlumatda isə say yəqin ki 3 mini ötür. Aprelin ortalarından iyulun ortalarınadək olan dövrdə biz hesablamışıq ki, hər gün təxminən orta hesabla 11 nəfər öldürülür. son ayda isə bu rəqəm gün ərzində 36 nəfərə çatıb”.

O bildirib ki, əhalinin sıx məskunlaşdığı rayonlarda ağır silahların istifadə etməklə hərbi əməliyyatların güclənməsi nəticəsində ölənlərin sayı artır.

Samir


Müəllif:

Oxşar xəbərlər