Model Kayli Cenner qızının doğum günü üçün 1 milyon dollar xərcləyib.
Teleqraf.com xəbər verir ki, partiyə qatılan qonaqların 1 yaşlı Stormiyə etdikləri hədiyyələr də çox bahalı olub.
Hədiyyələr arasında "Chanel" brendindən olan çanta daha çox diqqət çəkib.
Qeyd edək ki, balaca Stormi model Kayli Cenner və repçi Travis Skotun birgə nikahından dünyaya gəlib.