18 Fevral 2019 13:46
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Demet Akalının lüks villasına oğru girib.

Teleqraf.com xəbər verir ki, evə girən oğrunun əvvəllər evdə təmizlik işlərinə baxan qadın olduğu ortaya çıxıb.

Bir çanta dolusu qızıl əşyaları və pulu götürüb qaçmağa çalışan oğrunu görən Demet Akalın və əri Okan Kurt tez təhlükəsizlik işçilərinə xəbər veriblər. Qısa zamanda gözətçilər tərəfindən tutulan qadını hadisə yerinə gələn polislər həbsxanaya aparıb.

Bu hadisədən qızları Hiranın çox qorxduğunu bildirən Akalın sosial mediada başına gələnləri anladaraq gileyini bildirib.


Müəllif: Aytən

Oxşar xəbərlər