19 Fevral 2019 14:07
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban hərəkatının fəalları Əfqanıstanın şimalındakı Faryab vilayətinin Kayser qəsəbəsində yerləşən hərbi hissəyə hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı 5 əsgər öldürülüb, 2 əsgər yaralanıb.

Əfqanıstanın rəsmi qaynaqları isə bəyan edir ki, hücumdan sonra başlayan atışmalar zamanı 18 Taliban üzvü öldürülüb.

Hələlik Taliban Hərəkatı baş verən bu hadisəyə dair açıqlama yaymayıb.


Müəllif: Cavad