20 Fevral 2019 14:57
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın orta mənzilli nüvə anlaşmasından çıxması qərarı Rusiyaya qarşı irəli sürülən əsassız ittihamlara söykənir.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Raket yerləşdirilməsi mövzusunda ilk addımın Rusiya tərəfindən atılmayacağını bildirən Putin əlavə edib ki, bu razılaşmanı ABŞ pozub.

Putin ABŞ-ın raket yerləşdirilməsi məsələsində addımlar atacağı təqdirdə Rusiyanın da oxşar addım atacağını bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin hazırda Federal Məclisdə çıxış edir.


Müəllif: Cavad

Oxşar xəbərlər