Suriyanın Deyr-əz-Zor əyalətində güclü partlayış olub. Teleqraf.com-un məlumatına görə, partlayış yaşayış məntəqələrinin birində baş verib.
Partlayış nəticəsində azı 15 nəfər ölüb, 20-dən çox yaralı var.
İlkin məlumata görə, hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib.
Partlayışla bağlı məsuliyyəti üzərinə götürən qruplaşma olmayıb.