ABŞ Prezidenti Donald Trampın Suriyanın şimalında qurulması planlaşdırılan tampon bölgədə Almaniya, Fransa və İngiltərə ordusunun yerləşdirilməsi təklifini hər üç ölkə rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ilk dəfə “Vaşinqton Post” məlumat yayıb.
Qəzet iddia edib ki, ABŞ ordusunun Suriyadan çıxması tarixi yaxınlaşdıqca yaranacaq boşluğu Avropa ölkələrinin doldurması məsələsi aktuallaşıb.
Qəzetə danışan yüksək çinli amerikalı məmur bildirib ki, ABŞ və Avropa rəsmiləri Fransa, İngiltərə və Almaniyanın Suriyanın şimalında yaradılacaq tampon bölgə üçün hərbçi göndərilməsi planını müzakirə ediblər. Lakin adı çəkilən üç ölkə eyni mövqedən çıxış edərək bu yanaşmanı rədd edib.
Onlar ABŞ rəsmilərinə “Siz Suriyanı tərk etsəniz, biz də Suriyada qalmayacağıq” mesajını verib.