İraq hökuməti ötən əsrin 90-cı illərində Səddam Hüseyn rejimi tərəfindən edam olunan küveytli əsirlərdən 300-nün cəsədini Küveytə verib.
Teleqraf.com xəbər verir ki, İraqın itkin düşmüş şəxsləri arayan komitəsinin üzvü, Bəsrənin polis rəisi, general Rəşid Filleyhin sözlərinə görə, ümumilikdə Küveytin 613 nəfər itkin hərbçisi var.
Onlardan 300-nün cəsədinin qalıqları tapılıb və qarşı tərəfə təhvil verilib.
General axtarışların davam etdiyini söyləyib.
Küveyt tərəfi İraq işğalı zamanı 320-dən çox vətəndaşının itkin düşdüyünü açıqlayıb. İraq tərəfi isə 5 mindən çox iraqlının itkin düşdüyünü elan edib.