“Türkiyə hər zaman Pakistanın yanında olub”.
Teleqraf.com xəbər verir ki, bu açıqlamanı Pakistanın xarici işlər naziri Şəhriyar Afridi deyib.
Nazir əlavə edib ki, Türkiyə Prezidenti Ərdoğanın mart ayında Pakistana səfəri tarixi hadisə olacaq. Ərdoğanın Pakistan səfərinin çox əhəmiyyətli olduğunu bildirən nazir əlavə edib ki, ölkəsi bu səfəri səbirsizliklə gözləyir:
“Ərdoğan Türkiyəni dünya siyasətinin üst səviyyəsinə çıxarıb. Türkiyə hər zaman qardaş kimi Pakistanın yanında olub. Bu, digər ölkələr üçün bir nümunədir. Türkiyə-Pakistan iqtisadi əlaqələri inkişaf edir. Əlaqələrimiz iki ölkə və gələcək nəsillərimiz üçün bir yoldur”.