Donald Tramp ABŞ tarixində ən təhlükəli dövlət başçısıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Demokrat Partiyasının üzvü, senator Bernis Sanders deyib.
Sanders 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.
Nyu-Yorkun məşhur Bruklin səmtində seçki görüşlərinə start verən Sanders Trampı Amerika xalqını irq, cins və din üzərindən ikiyə bölməkdə ittiham edib.