1 Sentyabr 2014 12:35
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdir İspaniyada qadın haqları ilə bağlı problem yaşanır. Keçən həftə Malaqada bir hakimin təcavüzdə günahladırılan 5 kişinin günahsız olduğunu bildirib onları azadlığa buraxması ölkədə səs-küyə səbəb olub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, zorlama ilə mübarizə üçün Tvitterdə başlanan etiraz aksiyasına qoşulanların sayı 10 mini ötüb. Ispaniyanın Valladolid şəhərinin bələdiyyə sədri León de la Rivanın çıxışı qadınları daha da qəzəbləndirərək onları radikal addım atmağa məcbur edib. Belə ki, qadınlar bələdiyyə binasını büsqalterləərdən ibarət bir “zəncirlə” dövrəyə alıblar.

"Büstqalter protesti"nə dünyanın bir çox ölkəsindən dəstək verildiyini bildirən fotolar da sosial şəbəkələrdə paylaşılıb.

Etirazçılar internetdə yaydıqları fotolara “Bələdəyyə sədri kimi maçolara nəyə qadır olduğumuzu göstərdik. Və daha irəli gedə bilərik” kimi şərhlər yazıblar.

Etiraz aksiyasına bəzi kişilər də dəstək verərək, sosial şəbəkədə maraqlı fotolar paylaşıblar.

Ülkər


Müəllif:

Oxşar xəbərlər